08:30
(077) 610-22-33

8 Marta olan hava proqnozu

  • >
997 4 Mart 2014 16:42 | Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beynəlxalq Qadınlar Günündə - 8 Martda gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ilkin proqnozlara əsasən, Bakıda və Abşeron yarımadasında martın 8-də daha çox küləkli hava şəraiti müşahidə ediləcək. Martın 7-də axşam, martın 7-dən 8-nə keçən gecə və səhər havanın bir qədər yağmurlu olacağı gözlənilir.

Martın 7-də axşam və martın 8-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar martın 8-də havanın temperaturu martın 7-nə nisbətən bir qədər enəcək.
Bakıda və Abşeron yarımadasında martın 7-dək havanın temperaturu iqlim normasından yüksək olacaq. Gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, martın 8-nə olan hava şəraiti ilə bağlı növbəti günlərdə daha dəqiq proqnoz veriləcək.

AzNews.az
Bağla X