Ağdamda yaşayış evi yanıb

Ağdamda yaşayış evi yanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Çəmənli Ərazi Vahidliyinin Şükürağalı kəndində Bəbirova Məxmər Bəhmən qızına məxsus evdə yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Alovun qarşısı alınsa da, tikili yaşayış üçün yararsız hala düşüb. Yanğınsöndürən briqadasından verilən məlumata görə, 64 kv.m-lik evin 24 kvadrat metri yanıb. Tikilinin dam örtüyü isə tamamilə sökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


AzNews.az