Çörək sexində yanğın

Bu gecə Kürdəmir rayonunda çörək sexi yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şıxımlı kəndində vətəndaşa məxsus çörək sexi yanıb.

Yanğın sexin ərazisində quraşdırılan generator otaqıında yaranıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alov saat 03:54-də söndürülüb.

Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir.

AzNews.az