Paytaxtın Pirallahı rayonunda azyaşlı uşaq yanıb Paytaxtın Pirallahı rayonunda azyaşlı uşaq yanıb

Bakıda “Od Çərşənbəsi”ndə azyaşlı tonqalda yandı

Paytaxtın Pirallahı rayonunda azyaşlı uşaq yanıb



Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, dünən gecə saat 20:20-də azyaşlı uşağın yanması ilə bağlı müraciət daxil olub.

Hadisə yerinə gedən təcili yardım briqadası yaralıya ilkin tibbi yardım göstərək, xəsarət alan 10 yaşlı Ağəli Mirəhmədovu hər iki əlinin yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıb.

Hadisə Bakının Pirallahı qəsəbəsi S.Bağırov küçəsi, ev 3, mənzil 59 ünvanında baş verib.

Stasiyadan bildirilib ki, ilkin məlumata görə, azyaşlı ötən gün "Od Çərşənbə"si mərasimi ilə bağlı yaşadıqları həyətdə qalanan oddan atılan zaman tonqala düşərək, yanıb.

Amid
AzNews.az