Fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır Fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır

Suriyada təlim keçən dini qruplaşmanın üzvləri saxlanılıb

Fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır




Azərbaycanda ötən il keçirilən əməliyyatlar nəticəsində Suriyada xüsusi təlim keçmiş terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.

Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.

Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır.

AzNews.az