Cinayətlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir Cinayətlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir

Salyandakı dəhşətlə bağlı hələ heç kim saxlanılmayıb – POLİS

Cinayətlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir



Dünən Salyanda işgəncə ilə öldürülən Aydın Xəlilovun qatilləri hələ tapılmayıb. Salyan rayon Polis Şöbəsindən AzNews.az verilən məlumata görə, cinayət hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Polis şöbəsindən bildirilib ki, hələlik qətldə günahkar şəxs və ya şəxslərin tapılması mümkün olmayıb.

Xatırladaq ki, martın 4-də saat 14.30 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə qətlə yetirilib. Şahidlərin açıqlamasına görə, mərhum şəxsin gəldiyi qara rəngli "Toyota – Prado" markalı avtomobilinə əyləşib.

Avtomobil Salyan-Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Sonra onun meyitini sürüyüblər, üstündən avtomobillə keçiblər.

Amid
AzNews.az