23:53
(077) 610-22-33

Baş Prokurorluq daha bir korrupsiya faktını açıqladı

  • >
1 009 5 Mart 2014 12:02 | Hadisə

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərilməsi faktı ilə əlaqədar cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakininin qanunazidd hərəkətlərinə dair Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddəsi ilə məhkum olunmuş Kamran İsayevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə Türkiyə Respublikasının vətəndaşından onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə almaq adı ilə 1200 manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az
Bağla X