03:12
(077) 610-22-33

Lökbatanda qaz zəhərlənməsindən bir nəfər öldü: İH ayran paylayır - Yenilənib 4

  • >
2 635 5 Mart 2014 22:30 | Hadisə

21:35

Qaradağ rayonu, Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə olub. AzNews.az xəbər verir ki, zəhərlənmə mavi qazdan olub.


Hələ təsdiqlənməmiş məlumata görə, təbii qazın veriliş zamanı əlavə edilən qatqılar normadan bir qədər yüksək olub. Ona görə də, insanlar arasında zəhərlənmə halları baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, xeyli insan xəstəxanalara yerləşdirilib. Artıq ölənlərin də olduğu bildirilir.

****

22:16


Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.

Sakinlər APA-ya bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.


Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerunə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər.

Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.

İcra başçısı APA-ya bildirib ki,özü məsələ ilə məşğuldur: "Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda "Azəriqaz"ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək".

****
22:56


Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər.

Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.

Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.

****

AzNews.az-ın məlumatına görə, 46 yaşlı Lökbatan sakini Nataşa Məmmədova evində qazdan zəhərlənərək dünyasını dəyişib.

Qəsəbə sakinləri təşviş içindədir. Bu arada Qaradağ İcra Hakimiyyəti zəhərlənmənin qarşısını almaq üçün əhaliyə pulsuz ayran paylayır.

AzNews.az
Bağla X