Bakıda daha bir yol bağlandı - FOTO


AzNews.az xəbər verir ki, Bakıda Abdulvahab Salamzadə küçəsində (Qələbə dairəsi istiqaməti) aparılan təmir işləri ilə əlqədar yol ötürücüsünə çıxış məhdudlaşdırılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin facebook səhifəsində yazılıb.

Həmin istiqamətdə hərəkət edən sürücülər kənar yoldan istifadə edə bilərlər.

AzNews.az