18:36
(077) 610-22-33

Bakıda I qrup əlil intihar etdi

  • >
1 208 6 Mart 2014 11:55 | Hadisə

Bakıda daha bir intihar hadisəsi baş verib.

Lent.az-ın verdiyi məlumata görə, Qaradağ rayonu Qobustan qəsəbə sakini, 1960-cı il təvəllüdlü Salmanov Hacıhəsən Ağasən oğlu özünü zəhərləyərək intihar edib. H.Salmanov yaşadığı mənzildə xeyli sirkə turşusu içib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 54 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, intihar edən şəxs birinci qrup əlildir.

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

AzNews.az
Bağla X