Hacıqabulda maşın aşdı, ölən var

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 5-də saat 17 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisində Talış kənd sakini Elman Qafarov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. E.Qafarovun sərnişini - Meyniman kənd sakini Arslan İsgəndərov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

AzNews.az