08:48
(077) 610-22-33

13 mehmanxanaya lisenziya verildi

  • >
442 6 Mart 2014 14:44 | Hadisə

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanvar və fevral ayları ərzində 13 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.

Nazirlikdən verilən məlumata görə, həmin obyektlər "Mont İnn", "Karat İnn", "Terrace-Quba", "Anatolia", "Modern Hotel", "Səma" mehmanxanaları, "Şamaxı" moteli, "Kardinal" istirahət mərkəzi, "Kainat" moteli, "SP" moteli, "Elit-N" mehmanxanası, "Çoban Bulaq" və "Dəniz" istirahət mərkəzləridir.

Müəssisələrə lisenziyalar "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a uyğun verilib.

AzNews.az
Bağla X