Məktəbli qız intihar etdi- “Ata, məni bağışla”

Bu gün saat 15:00-da Bakının Səbail rayonu ərazisində orta məktəb şagirdi olan qız intihar edib.

Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Mətbuat prospekti 2 ünvanında 1997-ci il təvəllüdlü Zərifə Mübariz qızı Əsədova özünü binanın doqquzuncu mərtəbəsindən atıb.

Qız hadisə yerində ölüb. Onun orta məktəbin 11-ci sinif şagirdi olduğu məlum olub.

Qeyd edək ki, qızın mobil telefonundan atasına göndərdiyi mesaj tapılıb. "Ata, məni bağışla! Mən bacarmadım", - deyə SMS göndərib.

Hazırda intiharın dəqiq səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az