Tanınmış prodüserin avtomobili qarət olundu

Tanınmış prodüser Sayqa Cahidin avtomobili qarət olunub.

Bu barədə məlumatı AzNews.az-a açıqlamasında S. Cahid özü məlumat verib.

O deyib ki, hadisə fevralın 14-də axşam saatlarında baş verib: "Həmin vaxt konsertdə olmuşam. Çantam da avtomobilimdə olub. Maşının qapısını açıb, çantanı götürüblər. İçərisində də pul qabı olub. Pul qabında xeyli miqdarda pul, qızıl və gümüş bəzək əşyalarım var idi. Səhəri gün isə şadlıq evinin işçiləri çantamı boş vəziyyətdə həyətdən tapıblar".

Prodüser hüqüq-mühafizə orqanına müraciət etmədiyini də bildirib.

Bahar
AzNews.az