- Köhnə - Hadisə
- 6 Mart 2014 18:07
- 6 325
İntihar edən məktəbli polkovnik-leytenantın qızı imiş - YENİLƏNİB
Bakıda özünü binadan ataraq intihar edən qızın yüksək rütbəli hərbçinin övladı olduğu məlum olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Zərifə Əsədova Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Mübariz Əsədovun qızıdır.
Polisdən həmçinin bildirilib ki, Z. Əsədova Hövsanda yaşayıb. Bir gün əvvəl yaşadığı evi tərk edən qız bu gün Səbail rayonu, Mətbuat prospekti, 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 9-cu mərtəbəsinə çıxaraq oradan özünü atıb.
Z. Əsədova intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq bağışlanmasını istəyib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
***
Saat 15.47
Bakıda 17 yaşlı qız özünü doqquzuncu mərtəbən atıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mətbuat prospekti 2 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü 11-ci sinif şagirdi Zərifə Mübariz qızı Əsədova özünü binanın doqquzuncu mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az