Sabunçuda kişi meyiti tapıldı

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində kişi meyidi tapılıb. Sabunçu rayon Polis İdarəsi 15-ci polis öblməsindən anspress-ə verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, 1 may küçəsində baş verib.

Tapılan meyit təxmini 30-35 yaşlarında kişidir. Meyidin üzərində zorakılıq əlamətləi müşahid olunmur.

Hazırda meyidin kimliyi araşdırılır. Faktla bağlı araşdırma qrupu yaradılıb.

AzNews.az