Bakıda “Azərsu”nun işçisi döyüldü

Bakıda "Azərsu"nun işçisi döyülüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qurban Abbasov küçəsi, ev 40, mənzil 21-də qeydə alınıb.

Bakı şəhər sakini, Reyhan Musa qızı Rzayeva aralarında yaranan münaqişə zəminində "Azərsu" ASC-nin əməkdaşı, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Gülağa Lazım oğlu Cəfərovu döyüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az