Hərbi maşın minaya düşdü

Azərbaycanda hərbi maşın minaya düşüb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus "Ural" markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb.

Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalov müxtəlif xəsarətlər alıb.

N. Zeynalov xəstəxanaya yerləşdirilib.

AzNews.az