05:26
(077) 610-22-33

DİN: Lökbatanda qadın dəm qazından zəhərlənərək ölüb

  • >
454 7 Mart 2014 12:20 | Hadisə

Bakı şəhər Lökbatan qəsəbəsində yaşayan Natalya Məmmədovanın dəm qazından ölüb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Nataliya Məmmədova mənzilində dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun öncə yaydığı məlumata görə, martın 5-də saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda yaşayan sakinlərin təbii qazdan zəhərlənmələri ilə əlaqədar prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar təşkilatların əməkdaşları dərhal həmin ünvana gəlib, hadisə yerinə ekspertlərin iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

"Məişət qazı ilə zəhərlənmə diaqnozu" ilə Qarabağ rayon Təcili Tibbi Yardım stansiyasına və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan 60-dan artıq zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra onlar evlərinə buraxılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında hadisə zamanı 115 nəfərin zəhərləndiyi qeyd olunub.

AzNews.az
Bağla X