Bakıda metroda yeniyetmələr dalaşdı

Bakı metrosunda yeniyetmələr əlbəyaxaya çıxdılar.

Milli.az xəbər verir ki, bu gün Bakı metrosunun "İçərişəhər" stansiyasında 16-17 yaşlı yeniyetmələr arasında dava düşüb.

Qatara minən oğlanlar aralarındakı anlaşılmazlıq ucbatından əlbəyaxaya çıxıblar.

Ətrafdakı insanlar onları sakitləşdirməyə çalışsalar da, dava metronun hüdudunu aşıb. Onlar bayıra çıxaraq münasibətlərini orada aydınlaşdırmağa qərar veriblər.

Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.


AzNews.az