- Köhnə - Hadisə
- 7 Mart 2014 13:23
- 2 509
Gəncədə 8 yaşlı oğlanı maşın vurdu
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində baş verib.
Gəncə şəhəri sakini Elvin Əfəndiyev idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçmək istəyən 8 yaşlı Nicat Kərimlini vurub. Uşaq aldığı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
AzNews.az