15:34
(077) 610-22-33

Zaqatalada daha bir kəndə qaz verildi

  • >
418 7 Mart 2014 15:25 | Hadisə

Bu gün Zaqatala rayonunun Qəbizdərə kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

AzNews.az-ın ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 70 abonenti olan Qəbizdərə kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 5,2 kilometr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 70 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzNews.az
Bağla X