12:52
(077) 610-22-33

Maşın çaya düşdü, ölən var

  • >
983 8 Mart 2014 09:05 | Hadisə

Neftçalada minik avtomobil Kür çayına düşüb.

AzNews.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Cəngan kəndi ərazisində Kür çayına "VAZ" markalı minik avtomobili düşüb.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsünün 1977-ci il təvəllüdlü Nəcəfov Şamil Fazil oğlunun cəsədini sudan taparaq çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin edilib.

AzNews.az
Bağla X