07:34
(077) 610-22-33

Bakıda təhlükə- Avtomobil yoluna kerosin dağıldı

  • >
821 9 Mart 2014 20:34 | Hadisə

Bakı şəhəri, Xətai rayonunda boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb.


"Qafqazinfo" xəbər verir ki, hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğınsöndürənlər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, yaxınlıqdan keçən boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb.

Yanğınsöndürənlər yola dağılmış kerosini yuyublar. Borunun zədələnmiş hissəsinin mütəxəssislər tərəfindən bağlanılması istiqamətində işlər aparılır.

Yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər.

AzNews.az
Bağla X