11:52
(077) 610-22-33

Azərbaycanlı tələbəni Rusiyadan deportasiya etdilər - Müəmma

  • >
3 664 11 Mart 2014 11:05 | Hadisə

Azərbaycanlı tələbə Rusiyadan deportasiya edilib.

AzNews.az xəbər verir ki, qanunsuz yaşayan miqrantlara qarşı aparılan mübarizə çərçivəsində İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin dördüncü kurs tələbəsi Leyla Həsənli əsaslı səbəb göstərilmədən Rusiyadan uzaqlaşdırılıb.

Qeyd edək ki, dövlət universitetinin 4-cü kursunda təhsil alan Leyla Həsənli əlaçı və nümunəvi tələbə olub.

Belə bir tələbə deportasiya oluna bilərmi?

Bununla bağlı AzNews.az-ın suallarını cavablandıran Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyib ki, tələbə, yalnız təhsil aldığı müəssisənin rəhbərliyinin miqrasiya xidmətini tənzimləyən dövlət orqanına yazılı müraciət etməsindən sonra deportasiya oluna bilər:
"Rusiya qanunvericiliyinə görə, tələbələrə ölkədə yaşamağa icazə verilir. Əgər həmin şəxs universitetdən xaric edilməyibsə, onun ölkədən deportasiya edilməsi qanunsuzdur. Və indiyə qədər belə bir təcrübə yoxdur. Yalnız universitetdən xaric edilən tələbələr barədə Miqrasiya xidmətinə müraciət edilir ki, bu şəxs artıq bizim tələbə deyil və onun ölkədən çıxarılmasını təmin etməyinizi xahiş edirik. Belə olan halda Rusiya Miqrasiya Xidmətindən qarşı tərəfə 48 saat vaxt verməlidir ki, o, ölkəni tərk etsin. Şəxs 48 saat ərzində ölkəni könüllü tərk etməzsə, onu məcburi qaydada ölkədən deportasiya edirlər. Bir də şəxs əgər, dövlət əleyhinə hansısa işlər aparırsa, onda onun deportasiya edilməsi mümkündür".

Nəzərə alsaq ki, Leyla Həsənli əlaçı tələbədir, onda onun qovulması variantı istisnadır. Deməli, azərbaycanlı tələbənin deportasiyasında başqa məqamlar axtarılmalıdır.

Həmin məqamları isə Azərbaycanın Xarici İşlər Nazirliyi araşdıracaq.

Nazirliyin mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev AzNews.az-a deyib ki, baş vermiş hadisə Nazirliyin nəzarətindədir və araşdırma gedir.

İlqar
AzNews.az
Bağla X