02:22
(077) 610-22-33

Polis adam vuran içkili sürücünü niyə tapımır? – Şikayət

  • >
748 11 Mart 2014 13:00 | Hadisə

Fevralın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini, 33 yaşlı Şahin Əliyevi yaşadığı qəsəbədə maşın vurub.

Hadisə sözügedən qəsəbənin Bünyadzadə küçəsində baş verib. Nəticədə sağ çiyninin sümüyü, sol qabırğası sınan Şahin Əliyev kəllə-beyin travması ilə Klinik Tibb Mərkəzinin travmatologiya şöbəsinin palatasına yerləşdirilib.

Zərərçəkənin AzNews.az-a verdiyi məlumata görə, o, piyadalar üçün nəzərdə tutulmuş səkidə dayanarkən 24 VD 631 qeydiyyat nişanlı VAZ 21-06 markalı avtomobil gözlənilmədən onu vurub. Bundan sonra piyadanı vuran avtomobilin sürücüsü ona yaxınlaşaraq ilkin tibbi yardım göstərib, amma bir neçə dəqiqədən sonra o, hadisə yerindən uzaqlaşıb. Şahin Əliyev bildirib ki, hadisə vaxtı avtomobilin sahibi içkili olub. O həmçinin hüquq-mühafizə orqanlarından da narazılığını bildirib:

"Onun ağzından iy gəlirdi. DYP əməkdaşları onu test üçün apardılar, amma sonradan azad etdilər. Təəssüflər olsun ki, ağır vəziyyətdə ola-ola mənimlə heç kim maraqlanmayıb. Fevralın 28-dən burdayam, amma hüquq mühafizə orqanları hələ də susur. Vəziyyətin belə olduğunu görüb, Martın 6-da 102 xidmətinə müraciət etdim. Amma təəssüf ki, onlar məsələyə reaksiya vermədi.

Məsələ ilə əlaqədar Qaradağ rayonu 10-cu polis bölməsindən AzNews.az-a bildirdilər ki, hadisə baş verən gün Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Ramil Hacıyev hadisə yerində olub:

"Biz bu məsələni nəzarətdə saxlayırıq. Hadisə baş verən gün Ramil Hacıyevdən başqa ekspert-kriminalist də orada olub və lazımı qeydləri götürüb".

İlqar
AzNews.az
Bağla X