Əli Abbasov Türkiyə şirkətini məhkəməyə verdi

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyə Respublikası "Rumeli Telekom" şirkətini məhkəməyə verib.

APA-nın məlumatına görə, nazirlik pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

İddia əsasında məhkəmənin hazırlıq iclası keçirilib.

Növbəti iclas martın 31-nə təyin edilib.

Prosesə məhkəmənin hakimi İlham Əhmədov sədrlik edir.

AzNews.az