06:01
(077) 610-22-33

Abşeronda döyüş sursatı tapılıb

  • >
397 11 Mart 2014 18:32 | Hadisə

Abşeronda döyüş sursatı tapılıb.

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu ərazisində qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunması barədə nazirliyə məlumat daxil olub.

Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 1 ədəd istifadə üçün yararsız 200 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Nəticədə, həmin ərazidə digər döyüş sursatları aşkar edilməyib.


AzNews.az
Bağla X