19:18
(077) 610-22-33

Sahibkarlarla rəhbərlik razılığa gələ bilmədi: Aksiya keçirildi (Yenilənib-3)

  • >
4 124 12 Mart 2014 12:50 | Hadisə

"Bakı Metropoliteni" QSC-ın metro stansiyalardakı ticarət köşklərinin bağlanmasına etiraz edən sahibkarlar qurumun yerləşdiyi "Elmlər Akedemiyası" stansiyasının qarşısına yenidən toplaşıblar.

AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, narazı köşk sahibləri ticarət obyektlərinin sökülməsinə etiraz etməklə yanaşı, onlara dəyən ziyanın ödənilməsini də tələb edirlər. Hazırda polis əraziyə cəlb olunub.

Metropoliten nümayəndələri aksiya iştirakçılarının qarşısına çıxaraq onları sakitləşməyə çağırıblar. Yeni rəhbərlik isə 3 nəfər aksiya iştirakçını görüşməsini təklif edib. Yaxın dəqiqələrdə 3 nəfər Metropolitenin yeni rəhbəri Zaur Hüseynovla görüşəcəyi və öz təkliflərini ona bildirəcəkləri gözlənilir.(12.47)

***
"Bakı Metropoliteni" QSC-nin yeni rəhbəriliyinin nümayəndəsi etiraz edən sahibkarla görüşüb.

AzNews.az xəbər verir ki, görüşdə sahibkarlara martın 27-dək ticarət köşklərindəki mallarını yığışdırılmaları üçün vaxt verilib. Rəhbərliyin bu qərarına etiraz əlaməti olaraq görüşdə iştirak edən sahibkarlar toplantını yarımçıq tərk edib. Sahibkarların nümayəndələri bildiriblər ki, onlar öz hüquqlarını sona qədər müdafiə edəcəklər.

Qeyd edək ki, hazırda da qurumun yerləşdiyi "Elmlər Akademiyası" metrostansiyasının qarşısında sahibkarlar öz etiraz aksiyalarını davam etdirirlər.(13.30)

***
"Bakı Metropoliteni" QSC-nin binası qarşısında sahibkarların keçirtdiyi etiraz aksiyasını dağıtmaq üçün əraziyə polis əməkdaşları cəlb olunub.

AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, hazırda polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır. Buna etiraz edən aksiya iştirakçılarından bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, saxlanılan şəxslərin Yasamal rayon Polis İdarəsinə aparıldığı bildirilir. Əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini Səhlab Bağırov da gəlib.

İlqar
AzNews.az
Bağla X