01:31
(077) 610-22-33

Nobel prospektində zəncirvarı yol qəzası - FOTO

  • >
584 13 Mart 2014 08:09 | Hadisə

Bu gecə Bakının Nobel prospektində zəncirvarı yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, prospektlə hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü qadağan olunan yerdən Ramiz Quliyev küçəsinə dönmək istəyib.

Lakin maşının sürəti yüksək olduğundan, sürücü idarəetməni itirib və Nobel prospektinin əks istiqamətində işıqforda dayanmış "Mercedes-Benz" markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən "Mercedes" işıqforda dayanan "Chevrolet" markalı başqa bir maşına dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin "Volkswagen" və "Mercedes"ə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X