Bakı metrosunda yenə problem: Qatarlar tuneldə qaldı

Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin qatarlarının hərəkətində problem yaranıb.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, "Dərnəgül" – "Həzi Aslanov" istiqamətində hərəkətdə ləngimələr baş verib. Saat 09:04 radələrində "İnşaatçılar" metrostansiyasında qatar 6 dəqiqə gecikib. "Nizami" – "28 may" istiamətində gecikmə 3 dəqiqədən çox çəkib və qatar tuneldə qalıb.

Qeyd edək ki, əks istiqamətdə hərəkət edən qatarlarda da bu cür ləngimələr baş verib. Gecikmələr "Azadlıq prospekti", "Memar Əcəmi", "20 yanvar" mertostansiyalarında böyük sərnişin sıxlığına səbəb olub.

Amid
AzNews.az