19:48
(077) 610-22-33

Atəşkəs yeddi istiqamətdə pozuldu

  • >
352 13 Mart 2014 09:06 | Hadisə

Erməni hərbçilər yeddi istiqamətdə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili, Xocəvənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az
Bağla X