17:16
(077) 610-22-33

Polis rəisi Ağcabədidəki qızqaçırma hadisəsindən danışdı- Yenilənib (Video)

  • >
1 890 13 Mart 2014 10:56 | Hadisə

"Cütlük ailə qurmaq istədiyini bildirib"


Dünən Ağcabədənin Qaradolaq kəndində 21 yaşlı qız zorla qaçırılıb.

"Qafqazinfo" xəbər verir ki, 30 yaşlı Yusif Məmmədov dəfələrlə qıza elçi göndərsə də, ailəsi buna razı olmayıb. Hazırda qaçırılan qızın harada olduğu bilinmir. Ailəsi Yusif Məmmədovdan şikayətçi olsa da, işin obyektiv araşdırılmadığını iddia edir. İşi araşdıran müstənqtiq qızın ailəsinə deyib ki, qızı tapın gedək alaq. Biz heç nə edə bilmərik. Oğlanın ailəsi isə polisə "hörmət" etdiklərini bildirərək boş yerə qızı axtarmamalarını deyib.

Məsələ ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli ilə əlaqə saxlayıb. Ş. Seyidli deyib ki, qız qaçırmaq məsələsi nə vaxtdan ictimailəşdirilir?:

"Bu gün sabah valideynləri barışa bilər. Qaçırma hadisəsi ilə bağlı istintaq gedir. Bunun üçün ayrıca qrup da yaradılıb. Qız tapılıb. Saat 11:30-da onu qaçıran şəxslə birgə bölməyə gələcək. İtən bir şəxsin polis tərəfindən tapılması şərəf olar. Deyirlər ki, guya polis pul alıb hadisəni araşdırmır. Pul alıb hadisəni gizlətmək bişərəflik olar. Mən belə şeylərin əleyhinəyəm".(11.24)

***
Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, artıq gənclər polis şöbəsindədir:

"1984-cü təvəllüdlü Eyvazov Teymur Bahadur oğlu və 1993-cü il təvəllüdlü Namazova Nərgiz Surxay qızı əl-ələ tutaraq yanıma gəliblər. Cütlük ailə qurmaq istədiyini bildirib. Teymurun sözlərinə görə, Nərgizi sevdiyi üçün qaçırıb və onunla evlənmək istəyir. Nərgiz isə anasının nə səbəbdən şikayətçi olduğunu başa düşmədiyini bildirib. O həmçinin deyib ki, anasını görsə, ona bildirəcək ki, "onların ailə işlərinə qarışmasın. Bir daha deyirəm ki, gənclər yanımdadır və çox xoşbəxt olduqlarını deyirlər".
)
AzNews.az
Bağla X