Sürücülərin nəzərinə: Əsas prospektdə tıxac var

Heydər Əliyev prospekti kənar yolda (Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaxınlığı - şəhər istiqaməti) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.

AzNews.az