Yaralılar xəstəxanaya yerləşdirilib Yaralılar xəstəxanaya yerləşdirilib

Qubada avtoqəza: iki nəfər yaralandı

Yaralılar xəstəxanaya yerləşdirilib



Qubada yol nəqliyyat hadisəsi baş verib, iki nəfər yaralanıb.

AzNews.az Regional TV-yə istinadən xəbər verir ki, qəza avtomagistralın Quba royununun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Martın 14-də saat 01:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda yol nəqliyyat hadisəsi baş verib. Qəza avtomagistralın Quba royununun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri 65 yaşlı Aslanova Esmira Əmirqulu qızı və 56 yaşlı Əzizov Kamal İsmayılxan oğlu xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Kamal Əzizovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Esmira Aslanova isə tibb müəssisəsinin cərrahiyə şöbəsinə yerləşdirilib.

AzNews.az