“Moskva“ univermağının qarşısında izdiham – Video

Xəbər verdiyimiz kimi, bu gün Moskva Univermağında yanğın baş vermişdi.

Yanğından xəbər tutan Moskva Univermağının satıcıları, icarədarlar hazırda univermaq binasının qarşısına toplaşıblar.

"Qafqazinfo"nun məlumatına görə, univermaq polis əhatəsinə alınıb və hazırda heç kim binaya buraxılmır. Binada hələ də tüstülənmə var. Polis əməkdaşları bildiriblər ki, aidiyyatı qurumlar və müstəntiq araşdırma apardıqdan sonra binaya giriş bərpa olunacaq.

Univermaqda işləyənlər deyir ki, yanğın hələ binaya giriş açılmazdan əvvəl başlayıb. Yanğının əsasən gəlinlik paltarları satılan yerdə olduğu deyilsə də, qızıl şöbəsini də əhatə etdiyi bəlli olub.



AzNews.az