11:25
(077) 610-22-33

Son 5 ayda yanan ticarət mərkəzləri - Siyahı

  • >
668 14 Mart 2014 10:50 | Hadisə

Son 5 ay ərzində yanan ticarət mərkəzlərinə bu gün Moskva Univermağının timsalında biri də əlavə olundu. Yanğınla bərabər partlayışları da qeyd etsək, siyahı xeyli böyüyəcək.

Baş verən olaylarla bağlı "Axar.az"-a istinadən hadisələrin başvermə xronologiyasını təqdim edirik:

1. 19 oktyabr. Sumqayıtın iri ticarət mərkəzi olan "Karvan" yanaraq kül oldu.

2. 24 dekabr. "Binə" Ticarət Mərkəzi yandı. Xatırladaq ki, "Binə"də bir neçə lokal yanğın olub.

3. 2 fevral. Şəkidə böyük bazar yandı.

4. 13 fevral. 4 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən 4 partlayış baş verdi. Bunların arasında Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı yanacaqdoldurma stansiyasında baş verən partlayış da var.

5. 17 fevral. Astarada böyük bazar yandı. Həmin gün Beyləqanda zavod partladı, 5 nəfər xəsarət aldı.

6. 12 mart. "Sahil" Ticarət Mərkəzi yandı.

7. 14 mart. "Moskva" Ticarət Mərkəzi yandı.
Bağla X