13 yaşlı qız anasının gözü qarşısında yandı- Tovuzda

Tovuzda yeniyetmənin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Məşədilər kəndində baş verib.

Belə ki, adıçəkilən kənddə yaşayan 13 yaşlı rayon sakini Zəminə Mustafayeva ehtiyatsızlıqdan evdə yanaraq dünyasını dəyişib. Mərhumun xalasının verdiyi məlumata görə, Zəminənin anası evə girən zaman övladının alov içində yandığını görüb. Dərhal onu söndürməyə çalışıblar. Ağır yanıq xəsarətləri alan Zəminə Mustafayeva Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümükün olmayıb.

Yaxınlarının dediyinə görə, 13 yaşlı Zəminə fiziki qüsurlu olub.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az