Polis gücləndirilmiş rejimdə çalışacaq

Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə martın 20-dən 27-dək nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə post patrul xidməti naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, Novruz bayramı ilə bağlı Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günü elan edilib.

AzNews.az