Ziya Məmmədov daha bir şirkət rəhbərini işdən çıxardı

Nəqliyyat naziri Ziya Məmmədov nazirliyin nəzdində fəaliyyət göstərən daha bir şirkətin rəhbərini işdən uzaqlaşdırıb.

AzNews.az-ın məlumatına görə, bir neçə gün əvvəl "Baku Taxi Company"nin rəhbəri İlqar Qasımov tutduğu vəzifədən azad olunub.
Məlumatı AzNews.az-a İ.Qasımov özü də təsdiqləyib.

Onun sözlərinə görə, işdən uzaqlaşdırılması qərarı fevral ayının sonunda verilib, lakin əmr bir neçə gün əvvəl imzalanıb. Nəqliyyat sferasında fəaliyyətini davam etdirdiyini deyən İ. Qasımov hazırda çalışdığı sahə haqqında məlumat vermək istəməyib.

AzNews.az-ın əldə etdiyi xəbərə görə, hazırda "Baku Taxi Company"nin rəhbəri vəzifəsini qurumun maliyyə idarəsində çalışmış Vüqar İbrahimov icra edir.

Amid
AzNews.az