Bayram günlərinin ilkin hava proqnozu

Azərbaycanda Novruz bayramı günlərində gözlənilən ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, martın 17-dək Azərbaycanda havanın temperaturunun gündən-günə yüksələcəyi gözlənilir. Arabir güclənən cənub küləyinin üstünlüyü gözlənilir. Martın 16 və 17-si gündüz saatlarında cənub küləyi güclənəcək.

Martın 17-dən 18-nə keçən gecə və martın 18-də səhər saatlarında şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar ölkə ərazisində havanın temperaturu qısa müddətə enəcək.
Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun günorta saatlarında 10-12 dərəcə isti olacağı gözlənilir. Martın 18-də günün ikinci yarısında şimal küləyi arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Hava dəyişkən buludlu olacaq.

Martın 19-dan ölkə ərazisində havanın temperaturunun yenidən yüksələcəyi ehtımal edilir. Martın 19-da gecə və səhər saatlarında şimal küləyinin sürəti bir qədər artacaq.

İlkin proqnoza görə, ölkə ərazisində martın 23-dək hava şərtaitinin mülayim olacağı gözlənilir.

Qeyd edək ki, hava proqnozu barədə proqnozlar yeniləndiriləcək və bu barədə əlavə məlumatlar veriləcək.

AzNews.az