Maşın ağaca çırpıldı - sürücü ağır xəsarət aldı

Şamaxı rayonunda ağır avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.

Kürdəmir sakini 1990-cı il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi "VAZ 21011" markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü V.Məmmədov ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


AzNews.az