Hüseyn Dərya ağır vəziyyətdə xəstəxanaya aparıldı- Yenilənib

Tanınmış reper Hüseyn Dərya yol qəzasına düşüb.

Belə ki, Hüseyn Dərya idarə etdiyi "99 EK 575" nömrə nişanlı Opel Astra markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.

Hüseyn Dərya ağır vəziyyətdə xəstəxanaya aparılıb.(Milli.az)

***
Reper Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KaMAZ markalı maşına çırpılıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə ilə bağlı təcili yardıma saat 23.10-da cağırış olub. H. Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, qəza nəticəsində H. Dərya yüngül kəllə-beyin travması alıb və sağ ayağı sınıb.

AzNews.az
image description image description