- Köhnə - Hadisə
- 15 Mart 2014 08:33
- 11 428
Xalq artisti ağır qəzaya düşdü: Həyat yoldaşı və nəvəsi öldü- Yenilənib
"Jiquli" ilə toqquşmadan sonra "Mercedes" 300 metr məsafə qət edib və dəmir arakəsmələrə çırpıldıqdan sonra əlavə 200 metr məsafə gedib və yolun ortasına aşıb.
Nəticədə "VAZ 2106"-da olan orta yaşlı xanım hadisə yerində, 3 yaşlı uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar maşında olan sərnişinlər 64 yaşlı Ağasəlim Abdullayev və 30 yaşlı Səadət Abdullayevadır.
Qeyd edək ki, bu, Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayevdir. Avtoqəzada dünyasını dəyişən xanım onun həyat yoldaşı, azyaşlı isə nəvəsi olub.
Qəza yerinə Suraxanı rayon polis idarəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən "Mercedes"in sürücüsü həddən artıq sərxoş olub.
Faktla bağlı cinayət işi başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq "Mercedes"in sürət həddini aşması göstərilir.(09:19)
***
AzNews.az-a Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, xalq artisti Ağasəlim Abdullayev 3 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Amid
AzNews.az