23:03
(077) 610-22-33

8-ci sinif şagirdi intihar etdi

  • >
966 15 Mart 2014 10:00 | Hadisə

Ötən gün axşam saat 17 radələrində Ağcabədi şəhərində 14 yaşlı məktəbli qız özünü asıb. Ağcabədi rayon Prokurorluğunun müstəntiqi Orxan Səmədovun Anspress-ə verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Ayşən Şaiq qızı Quliyevanın meyiti yaşadığı evin həyətinin yarımtikilisində damda asılmış halda tapılıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gedib. Əraziyə baxış keçirilib. Qızın intihar etdiyi məlum olub.

Qeyd edək ki, Ayşən Quliyeva Ağcabədi şəhər 3 saylı məktəbin 8-ci sinif şagirdidi. Onun özünü nə səbəbə öldürməsi isə hələlik qaranlıq qalır.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.

AzNews.az
Bağla X