Xalq artistinin ailəsində faciəyə səbəb rəis oğlu olub

Xalq artisinin faciəsinin bəzi təfərrüatları məlum olub.

Milli.az xəbər verir ki, Ağasəlim Abdullayev hadisə baş verən zaman nəvəsinin doğum günü ilə bağlı oğlunun evindəki məclisdən qayıdırmış.

Sərxoş vəziyyətdə sükan arxasında olan "Gelendewagen"in sürücüsü haqda isə daha maraqlı məlumatlar var. Belə ki, Ağasəlim Abdullayevin ailə üzvləri ilə birlikdə olduğu maşınla toqquşan "Mercedes Gelendewagen"in dövlət nömrə nişanı və sürücüsünün adı bəlli olub. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, sürücünün adı Xalid Mübariz oğlu Mədətovdur. İdarə etdiyi maşının nöbrəsi isə 10 FE 007-dir.

X.Mədətovun Xəzər Dəniz Neft donanmasının rəisinin oğlu olduğu bildirilir.

AzNews.az