Bakıda silahlı maskalılar saxlanıldı

Bakıda qadını hədələyərək onun pulunu almış silahlı maskalı quldur dəstəsinin üzvləri yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, martın 4-də Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçədə yaşayan Elmira Məmmədovanın evinə açıq qapıdan daxil olmuş maskalı şəxslər onu tapança və xəncərlə hədələyərək 16 min manat pul alıb getmişlər.

DİN BCAİ, BMCMİ, Salyan RPŞ, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Salyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulublar.

Hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

AzNews.az