08:22
(077) 610-22-33

2 metrostansiyasının istismara verilməsi gecikir

  • >
1 073 15 Mart 2014 10:55 | Hadisə

"Bütün bunlar əlavə vaxt tələb edir"



"Bakı Metropoliteni" QSC "bənövşəyi" xəttin ilk iki stansiyasını 2014-cü ilin sonunda istismara verməyi planlaşdırır. Bunu Trend-ə metropolitendəki mənbə deyib.

Daha əvvəl stansiyaların 2014-cü ilin may ayında istismara verilməsi planlaşdırılırdı.

Mənbə bildirib ki, stansiyaların tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir, lakin onların yerləşdiyi ərazinin abadlaşdırılması üzrə işlə hələ qalır: "Ərazi abadlaşdırılmalı, bütün zəruri infrastruktur yaradılmalı, xüsusilə Bakı Beynəlxalq Avtovağzalı və metronun yeni stansiyaları arasında sərbəst və rahat nəqliyyat əlaqəsi təmin edilməlidir. Bütün bunlar əlavə vaxt tələb edir".

Stansiyaları ilkin olaraq 2013-cü ilin sonuna istismara vermək planlaşdırılırdı, lakin bu tarix tikinti ərazisində olan obyektlərin köçürülməsi məsələsinin həllində yubanmalar yarandığına görə dəyişdirildi.

Mənbənin sözlərinə görə, "bənövşəyi" xəttin tam istismara verilməsi 2016-cı ilə nəzərdə tutulub. Xəttin tam işləməsi üçün onun şəhərin mərkəzi ilə birbaşa birləşməsi vacibdir.

AzNews.az
Bağla X