08:46
(077) 610-22-33

Xalq artistinin düşdüyü avtoqəza ilə bağlı RƏSMİ məlumat

  • >
1 521 15 Mart 2014 11:15 | Hadisə

Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı və Xalid Mədətovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşmuşdur. V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az
Bağla X