Nardaran sakinindən tapança götürüldü

Bakının Nardaran qəsəbə sakinindən bir tapança götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Nardaran qəsəbə sakini Fərhad Şahbazovdan sandıqçasında 8 ədəd patronu olan 1 ədəd "Makarov" markalı tapança aşkar edilib.

Bundan başqa Sabunçu RPİ 15-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Zabrat qəsəbəsi Axundov küçəsində yaşayan Məhəbbət İsmayılovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lülə ov tüfəngi və 26 ədəd patron götürülüb.

Həmçinin Nəsimi RPİ 20-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini Elman Rzayevdən darağında 1 ədəd patronu olan "FN 1906" markal, 6,35 kalibirli tapança aşkar edilib.

AzNews.az